Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:42 / 29 Noyabr 2024

Yeddi metrlik piton fermeri uddu

2071

İndoneziyada piton kişini udub.

Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Xəbərə görə, 30 yaşlı fermer Peko noyabrın 26-da axşam saatlarında Şimali Luvu bölgəsində şəkər istehsalı üçün qamış suyu topladığı zaman piton ona hücum edib. Yeddi metrlik nəhəng ilan bədəninə sarılaraq Pekonun nəfəsinin dayanmasını gözləyib və sonra 1,6 metr boyu olan kişini udub. Gecəyə doğru fermerin qaynı Vavan Pekonun evə qayıtmadığını görüb narahat olub və onu axtarmağa yollanır. O qamışlığa yaxın ərazidə ovunu təzə udan pitonu görür.

Vavan kənd sakinləri ilə birlikdə ilanı yarıb və Pekonun cəsədini çıxarıblar.
"Biz tez-tez zarafat edirdik ki, gecə bizi ilan yeyə bilər. Hamımız onların nə qədər təhlükəli olduğunu bilirik. Mən başa düşə bilmirəm ki, piton qaynımı necə tuta bilib. Çünki o, çox təcrübəli idi", - deyə Vavan bildirib.

Lalə, Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar