Yeni dərs ili qabağı kirayə evlər tapılmır - Qiymətlər artıb - VİDEO
4201
Kirayə bazarında qıtlıq olduğundan bir çox tələbə ev tapa bilmir.
Bakupost.az Xezerxeber.az-a istinadla bildirir ki, son iki ildir ki, Bakının kirayə mənzil bazarında tələb təklifi üstələyir. Yeni dərs ilinin başlaması ilə bu problem özünü daha qabarıq göstərir.
Ekspertlər deyir ki, qiymətlər ötən ilə nisbətən artıb.
Onların sözlərinə görə, əvvəllər tələbələr univeristetə yaxın yerlərdə mənzil kirayələyirdilər. İndi isə univeristet yaxınlığına ev tapmaq demək olar ki, mümkün deyil. Buna görə də tələbələr şəhərin ucuz yerlərinə üz tuturlar.
Ekspertlərin fikrincə, kirayə bazarına tələbin çox olmasının səbəblərindən biri bir çox universitetlərin yataqxanasının olmamasıdır. Yataqxanası olan universitetlərin çarpayı sayı isə tələbələrin sayından xeyli aşağıdır.
Bununla yanaşı, Bakıda aparılan söküntü işləri də kirayə bazarına ciddi təsir edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.