Ru
09:34 / 10 Sentyabr 2026

Neft bahalaşmaqda davam edir

Neft bahalaşmaqda davam edir
Eye

“Brent” markalı neftin qiyməti 100 dolları keçərək bu səviyyədən yuxarıda qalmaqda davam edir.

“Bakupost” xəbər verir ki, “Brent” neftinin qiyməti 0,1 faiz azalaraq 101,10 dollara düşüb. “WTI” markalı neft isə 0,2 faiz bahalaşaraq 96,24 dollara yüksəlib.

ABŞ və İran arasında davam edən qarşılıqlı hücumlar neft tədarükünün daha da azalacağı ilə bağlı narahatlıqları artırıb. Xüsusilə Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan risklər neft bazarında qiymətlərin yüksək qalmasına səbəb olur.

“Brent” neftinin qiyməti avqustun əvvəlindən etibarən təxminən 30 faiz bahalaşıb.

ABŞ Enerji İnformasiya Administrasiyası da Yaxın Şərqdən neft tədarükünün azalmasını nəzərə alaraq bu il və gələn il üçün neft qiyməti proqnozlarını yüksəldib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar