Ru
13:38 / 14 Oktyabr 2026

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - RƏSMİ

Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir?  - RƏSMİ
Eye

Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır.


"Bakupost" xəbər verir ki, bunu AMB bəyan edib.


"Komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq, son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur", - deyə açıqlamada qeyd olunub.


Xatırladaq ki, AMB-nin İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.





Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar