“Renault”nun üçüncü nəsil “Captur” modeli üzərində hazırlıqları davam edir. Yeni avtomobilin 2027-ci ilin sonuna doğru təqdim olunması gözlənilir.
“Bakupost” xəbər verir ki, yeni “Captur” “Renault Clio” ilə eyni “CMF-B” platformasında hazırlanacaq. Modelin dizaynında "Renault"un yeni üslubundan istifadə ediləcəyi, xüsusilə də 2024-cü ildə təqdim olunan “Emblème” konseptindən ilham alınacağı bildirilir.
Yeni “Captur”un salonunda iki üfüqi ekrandan ibarət, “Google” tətbiqləri ilə inteqrasiya olunmuş openR link multimedia sistemi olacaq.
Avtomobilin 160 at gücündə hibrid, 120 at gücündə benzin/LPG və 115 at gücündə benzin mühərrikləri ilə təklif ediləcəyi gözlənilir. Tam elektrikli “Captur” versiyasının isə hazırlanması planlaşdırılmır.
Vüsalə Hüseynova,
BakuPost