Ru
22:13 / 03 İyun 2022

Yığmamız Estoniyanı darmadağın etdi - 5:0

Yığmamız Estoniyanı darmadağın etdi - 5:0
Eye

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.


Bakupost xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın ilə üz-üzə gəlib.

Parnu şəhərindəki “Parnu Rannastadion” stadionunda oynanılan qarşılaşma millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Azərbaycan yığması A qrupunda 8 turdan sonra 7 xalla 5-cidir. Estoniya isə 9 qarşılaşmanın hamısında məğlub olub və sonuncu - 6-cıdır.

Avro-2023, seçmə mərhələ

20:00. Estoniya - Azərbaycan - 0:5

Qollar: Musa Qurbanlı, 3, 33, Rüstəm Abdullazadə, 49-pen. Ceyhun Nuriyev, 50, İsmayıl Zülfüqarlı, 84

Baş hakim: Robert İan Jenkins (Uels)

Parnu. “Parnu Rannastaadion”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar