Ru
09:05 / 18 Aprel 2024

Binəqədi-Balaxanı şosesində yük maşını aşdı - Xəsarət alanlar var

813
Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.


Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

***

Bu gün səhər 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.

"Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - məlumatda deyilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər