Ru
16:51 / 17 Fevral 2022

Zahir Məliklinin yeni kitabı nəşr olundu - FOTO

Zahir Məliklinin yeni kitabı nəşr olundu - FOTO
Eye

Pedoqoq, tərcüməçi, rəssam-heykəltaraş Zahir Məliklinin "Enmək təhlükəsi" adlı yeni kitabı çap olunub.

Bakupost.az xəbər verir ki, kitabda o taylı, bu taylı Azərbaycanın dünəni və bu günü, tarixi öz əksini tapıb.

"Enmək təhlükəsi" kitabı 3 hissədən ibarətdir. 1-ci hissə "Gəzməyə... vətən yaxşı" adlanır. Bu hissədə "Sular səltənətində 4 gün", "O taylı, bu taylı vətən" başlıqlı bölmələr yer alır. Burada o, Cənubi Azərbaycana səfərindən olan qeydləri qələmə alıb, Ərdəbildə, Təbrizdə gördüklərini, Savalan dağı ilə bağlı müşahidələrini qeyd edib.

"Torpağa gömülən tarix" başlıqlı 2-ci hissədə yazıçı daha çox tariximizə güzgü tutmuş, bəzi pirlər, qəbiristanlıqlarla bağlı tarixdən gələn hekayələri bölüşüb.

3-cü və son hissə "Hekayələr" adlanır. Bu bölmədə "Ruhların savaşı", "Enmək təhlükəsi", "Tənha məzarın hekayəsi" və "Sovetskidə dəf olunan xatirələr" kimi hekayələr yer alıb.

Qeyd edək ki, Zahir Məlikli bir sıra kitabları dilimizə tərcümə edib. "Yerlə göy arasında", "O və yerdə qalanlar" kitablarının müəllifidir.


A. İbrahimova
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar