Ru
14:42 / 16 Noyabr 2026

Yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib

Yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Bu barədə "Bakupost"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, olardan 70 min şəxsə ambulator, 32,6 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar