Ru
14:06 / 16 Noyabr 2026

İşdən çıxarılan generala yeni vəzifə verildi

İşdən çıxarılan generala yeni vəzifə verildi
Eye

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini general-mayor Zaur Abdullayevin yeni vəzifəsi məlum olub.


"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, general-mayor Zaur Abdullayev Dövlət Sərhəd Xidmətinə (DSX) keçib.

Belə ki, hazırda general DSX Xüsusi Mətkəbinin rəisi vəzifəsini daşıyır. Z.Abdullayev yaxın zamanlarda bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, general-mayor Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışıb. 2023-cü ildə xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar