Ru
15:00 / 16 Noyabr 2026

Ehtiram Əliyev dəfn edildi

Ehtiram Əliyev dəfn edildi
Eye

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn edilib.


"Bakupost" xəbər verir ki, dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları, mərhumun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ehtiram Əliyev dünən müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. O, Sədərək və Batabat istiqamətlərində gedən döyüşlərdə, həmçinin Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.

1994-cü ilin yanvarında baş verən döyüşlərin birində yaralanan Ehtiram Əliyev müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar