Ru
12:18 / 30 İyun 2022

Zaur özünü Solovyov kimi aparır - Qulu Məhərrəmli ARB-dəki biabırçılıqdan danışdı

10331
“ARB televiziyasında yayımlanan “Həmin Zaur” verilişindən kənarlaşdırılan iştirakçı Afşin Azəri qeyri-adi, yaxud qəzəbə səbəb olacaq heç bir addım atmayıb. Ona görə aparıcı burada öz səlahiyyətlərini şişirdib və kobud bir tərzdə o iştirakçını verilişdən kənarlaşdırıb. Təbii ki, mən televiziyamız üçün bunu mənfi hal hesab edirəm”.


Bunu Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Bakupost.az -a açıqlamasında deyib.


O, bildirib ki, Azərbaycan teleməkanında bu cür hadisələrin baş verməsi çox təəssüf doğurur:


“İnzibati və yaradıcılıq nöqteyi-nəzərdən verilişin əsas siması aparıcıdır. O bir dirijor kimi hər şeyi idarə edir. Moderatorluq, digər proseslərə nəzarət edir, suallar verir, eyni zamanda pultdan rejissorun tapşırıqlarını yerinə yetirir. Yəni bir növ verilişi nizamlayır. Hansı halda aparıcı veriliş iştirakçısını proqramdan kənarlaşdıra bilər? Əgər veriliş iştirakçılarından hansısa biri cəmiyyətin qəbul etmədiyi davranış tərzi nümayiş etdirər, həddindən artıq kobudluq göstərər, cəmiyyətin qəbul etdiyi normalardan kənara çıxar, veriliş zamanı etik normaları kobud şəkildə tapdalayarsa, dərəcəsindən asılı olaraq aparıcı iradlar bildirə bilər və əgər verilişin nizamının pozulmaq təhlükəsi yaranarsa, o zaman aparıcı qonağı verilişdən uzaqlaşdırma qərarı qəbul edə bilər”.


Q.Məhərrəmli vurğulayıb ki, aparıcı səlahiyyətlərini aşaraq, kobud tərzdə qonağı verilişdən uzaqlaşdırıb:


“Televiziyanın rəhbərləri və birinci növbədə o verilişin prodüseri, rejissoru bu işdə məsuliyyət daşıyır. Çünki aparıcı o qərarı təkbaşına emosional şəkildə qəbul edə bilməz. Onun rejissor pultu, redaktor, prodüserlə birbaşa əlaqəsi var.

Moskovada Solovyov kimi aparıcılar var ki, onların nöqteyi-nəzərinə uyğun gəlməyən fikirlər səsləndirən iştirakçıları kənarlaşdırırlar. Veriliş aparıcılarının belə addımlara yol verməsi kobud və qəbulolunmazdır. Ciddi etik pozuntu halı yoxdursa, o zaman heç bir iştirakçını verilişdən kənarlaşdırmaq olmaz”.




Fəridə
Baku Post


Şərhlər
  • Cammat

    iran mollalarının süpürgəsi olan bu zaur deilən GƏDƏNİ televiziyalardan RƏDD etmək lazımdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər