Ru
00:28 / 02 Mart 2024

Zaxarova restoranda pişiklə yemək yedi - VİDEO

Zaxarova restoranda pişiklə yemək yedi - VİDEO
Eye

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı türk restoranlarından birində şam yeməyi zamanı pişik "müşayiət edib".

Bakupost.az "MK" - yə istinadla xəbər verir ki, Zaxarova öz Telegram kanalında bununla bağlı maraqlı video paylaşıb.

Rusiyalı dipıomat videoya "Şam yeməyində mənə iki gözəl "kampaniya təşkil etdi" deyə qeyd edib.

Videodan bəlli olur ki, o, Antalyada iş gününü bitirdikdən sonra yemək yemək üçün restoranlardan birinə gəlib. Kadrlarda onunla üzbəüz pişik və "qəfil gələn qonaq"la danışmağa çalışan balaca qız əyləşib. Qızdan fərqli olaraq pişiyi masanın üstündəki yeməklər daha çox maraqlandırır. Çünki videonun sonunda o, hər iki pəncəsini stolun üstünə qoyub yemək gözləyib. Zaxarova da pişiyi qızardılmış balığa qonaq edib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar