Ru
14:41 / 17 Noyabr 2022

Zəkası ilə Eynşteyni geridə qoyan 11 yaşlı Yusif

Zəkası ilə Eynşteyni geridə qoyan 11 yaşlı Yusif
Eye


İngiltərənin Lids şəhərində yaşayan Yusuf Şah Mensa zəka testində rekord qırıb.

Bakupost.az xəbər verir ki, 11 yaşlı Yusif İQ testində 162 xal toplayaraq bu sınaqdan 160 balla keçmiş məşhur fizik Stiven Hokinqi geridə qoyub.

İngiltərənin “Daily Mirror” qəzeti Yusifin bütün zamanların ən böyük dahilərindən sayılan və rəsmi olaraq bu imtahandan keçməyən alman alimi Albert Eynşteyni də keçə biləcəyini yazıb.

Məktəb yoldaşlarının təşviqi ilə imtahan verdiyini qeyd edən Yusif boş vaxtlarında sudoku oynadığını və tapmacalar həll etdiyini deyib.

O, Kembric və ya Oksford Universitetində riyaziyyat oxumaq istədiyini bildirib.

Yusifin atası İrfan Şah imtahana hazırlıq prosesinin bir az çətin olduğunu, ancaq xüsusi bir şey etmədiklərini bildirib. Ailə bildirir ki, Yusifin səkkiz yaşlı qardaşı da bir az böyüyəndən sonra Mensa testindən keçəcək.


Aynur
BakuPost

Şərhlər
  • Neriman Seyfeli.

    Rehmetlik RabindranatTaqorun sozu yadima dushur: ;Gunesh sherqden cixir, qerbde batir, yeniden sherqe qayitmaq ucun;...!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar