Ru
13:29 / 14 İyun 2022

Zelenski Şoltsa ultimatum qoydu - Mövqeyinizi seçin, ikitərəfli oynamayın

3206
Ukrayna prezidenti Almaniya kansleri Olaf Şoltsa ultimatum verib.


Bakupost.az xəbər verir ki, o, kansleri Almaniyanın Ukraynaya qarşı mövqeyinə görə tənqid edib.


“Şolts və hökuməti Ukrayna ilə Rusiya arasındakı münasibətdə konkret qərar və mövqeyini ortaya qoymalıdır. Bərabərliyi gözləməyə cəhdləri başa düşmürəm. Almaniya onsuz da münaqişə başlayandan yardıma ən gec qoşulan ölkələrdəndir. Böyük Britaniya, ABŞ, Polşadan sonra dəstək verməyə başladı”.


Zelenski hesab edir ki, Almaniya daha birtərəfli hərəkətə keçməli, həm Ukrayna, həm Rusiya ilə əməkdaşlıq və tərəfdaşlıqlarını davam etdirməkdən çəkinməlidir:


“Konsler fotoşəkillərlə kifayətlənməməlidir, Rusiyaya qarşı sanskiyaları sərtləşdirməli, Ukraynanın Avropa Birliyində statusunun möhkəmlənməsinə dəstəyini gücləndirməlidir”.


Zelenski bir müddət əvvəl kansleri Kiyevə rəsmi dəvət edib. O, İtaliya rəsmiləri və Makronla birlikdə Kiyevə gələcək.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər