Ru
23:28 / 26 Dekabr 2025

Zelenski Trampın sülh planı üzrə referendum üçün şərt qoydu

Zelenski Trampın sülh planı üzrə referendum üçün şərt qoydu
Eye

"Ukrayna ABŞ-nin sülh planı üzrə referendum keçirməyə hazırdır, lakin bu, o halda baş verəcək ki, Rusiya 60 gün müddətinə atəşkəsə razı olsun".


Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Axios" portalına müsahibəsində bildirib".

Ukrayna dövlət başçısı diqqətə çatdırıb ki, referendumun keçirilməsi ciddi siyasi, logistik və təhlükəsizlik məsələləri ilə bağlıdır. Buna görə də, Zelenski qeyd edib ki, səsvermənin hazırlanması və keçirilməsi üçün 60 günlük atəşkəs "minimum müddətdir". Prezident həmçinin əlavə edib ki, Rusiyanın Trampın planı ilə ümumiyyətlə razılaşıb-razılaşmayacağı hələ ona aydın deyil.

Lakin Ukrayna dövlət başçısı xəbərdarlıq edib ki, səsvermə Rusiyanın davam edən hücumları fonunda keçirilərsə, bu, pis nəticələnəcək.

Prezident diqqət çəkib ki, əgər təhlükəsizlik düşüncülərinə görə insanlar səs verməyə gəlməsələr, nəticə qeyri-legitim görünə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar