Zəngəzur dəhlizi Moskvanı niyə narahat etməyə başladı?
11492
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüş, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı narahatlığını ön plana çıxarır. Həmçinin, Kreml rəsmiləri, baş nazirin müavini Aleksey Overçuk “Tramp marşrutu”nun həm Rusiya, həm də İranın maraqlarına təhlükə yaratdığını bildirib və Zəngəzur dəhlizi ilə bağlı kəskin mövqe sərgiləyib.
Halbuki buna qədər Moskva sözügedən marşruta münasibətdə bir qədər yumşaq yanaşmış, hətta özlərinin də orada iştirakda maraqlı olduqlarını bildirmişdi.
Maraqlıdır, Rusiya niyə indi Zəngəzur dəhlizinə qarşı sərt mövqe sərgiləyir? Rəsmi Moskva “Tramp marşrutu”na qarşı real addımlar ata bilərmi, yoxsa bu daha çox Ermənistana təzyiq vasitəsidir?
Rusiyanın bu mövqeyi Azərbaycana necə təsir edə bilər?
BakuPost TV-nin suallarını politoloq Zaur Məmmədov cavablandırıb: