Ru
17:07 / 14 Yanvar 2021

Azad edilmiş ərazilərimizdə minaların aşkarlanması tədbirləri davam etdirilir - VİDEO

Azad edilmiş ərazilərimizdə minaların aşkarlanması tədbirləri davam etdirilir -  VİDEO
Eye

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş susrsatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir. Bu günədək xeyli sayda minalar və partlamamış döyüş susrsatları ərazilərdən toplanıb.

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar