Ru
15:22 / 16 Yanvar 2026

"Azad olunmuş ərazilərdə bələdiyyələr yaradıla bilər" - Deputat

"Azad olunmuş ərazilərdə bələdiyyələr yaradıla bilər" - Deputat
Eye

Azad olunmuş ərazilərdə növbəti yerli özünüidarəetmə orqanlarına seçkilərədək bələdiyyələr yaradıla bilər.


Bakupost.az "Report"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Elman Məmmədov qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, bununla da Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında da bələdiyyələr fəaliyyətə başlaya bilərlər:

"Bu günədək ərazimizin işğal altında olduğu, ona görə də bələdiyyələrin yaradılmasının mümkünsüzlüyü deyilirdi. Ancaq artıq torpaqlarımız işğaldan azad olunub. Ona görə də növbəti yerli özünüidarəetmə orqanlarına seçkilərədək bələdiyyələr yaradıla və fəaliyyət göstərə bilərlər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar