Ru
10:24 / 10 Oktyabr 2025

Azərbacanda informasiya sistemlərinə kiberhücumlar başladı - XƏBƏRDARLIQ

Azərbacanda informasiya sistemlərinə kiberhücumlar  başladı - XƏBƏRDARLIQ
Eye

“Hezi Rash Group tərəfindən Azərbaycan informasiya sistemlərinə DDoS hücumlar başlayıb”.

Bakupost.az xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Zeyvəliyev bildirib.

Onun sözlərinə görə, hücumların məqsədi dövlət və özəl sektorun onlayn xidmətlərinin fəaliyyətini pozmaq, sistemləri əlçatanlıqdan çıxarmaq və ictimai panika yaratmaqdır:

"İnfrastrukturunuzu və şəbəkə təhlükəsizlik qaydalarınızı yenidən nəzərdən keçirin.Firewall və WAF (Web Application Firewall) üzərindən trafik filtrasiyasını gücləndirin.Mümkünsə, DDoS qoruma xidmətləri (Cloudflare, Radware, Arbor və s.) aktiv edin.Hücum aşkarlanarsa, məlumat mübadiləsini məhdudlaşdırın və məsələni müvafiq təhlükəsizlik qurumlarına bildirin.Bu hücumlar yalnız texniki deyil, informasiya müharibəsinin bir hissəsidir”.

Lalə Novruz, Bakupost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar