Ru
12:40 / 07 Sentyabr 2026

Azərbaycan çempionu həbs olundu

Azərbaycan çempionu həbs olundu
Eye

Azərbaycanlı sabiq boksçu Tural Əhmədov həbs olunub.

"Bakupost" Xitab24.az-a istinadla xəbər verir ki, 32 yaşlı idmançıya Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) ilə ittiham verilib.

O, bir müddət əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq araşdırması davam edir.

Qeyd edək ki, Tural Əhmədov boksçu karyerasını başa vurduqdan sonra özünü hakim kimi də sınayıb. O, Azərbaycan çempionu olmaqla yanaşı, bir sıra yarışlarda da ölkəmizi təmsil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar