Ru
18:05 / 08 Sentyabr 2021

Azərbaycan Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində təmsil olundu

1861
Azərbaycan Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində təmsil olunub
İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki Ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan 3-7 sentyabr tarixlərində Pekində keçirilən Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində (China International Fair for Trade in Services - CIFTIS) iştirak edib.

Bakupost.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, 153 ölkə və region, habelə 26 beynəlxalq təşkilatın iştirak etdiyi sərgidə 2400-dən çox şirkət təmsil olunub.

Sərgidə vahid ölkə stendi ilə iştirak edən Azərbaycanın əlverişli biznes və investisiya mühiti, nəqliyyat-tranzit potensialı və turizm resursları nümayiş olunub, ziyarətçilərə Ələt Azad İqtisadi Zonası və ölkəmizdəki sənaye zonaları haqqında geniş məlumat verilib.

Tədbirdə "Made in Azerbaijan" brendi altında təqdim olunan rəqabətqabiliyyətli qida və kənd təsərrüfatı məhsullarımız böyük maraqla qarşılanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər