Ru
20:16 / 02 Noyabr 2021

Azərbaycan estradasının sütunları sına-sına gedir - Sevinc Musayeva

3819
“Bu gün Azərbaycan musiqisində bir-iki sütun qalıb ki, onların da gözü torpağa baxır”.

Bakupost.az xəbər verir ki, bunu müğənni Sevinc Musayeva “müasir Azərbaycan musiqisinin sütunları kimdir?” sualını cavablandırarkən Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi bayağı musiqilərlə gündəmə gələn, özünü sənətkar hesab edən müğənnilərlə bağlı sərt tənqidi fikirlər səsləndirib:

“Bu gün heç kimin Azərbaycan estradasının sütunlarından danışmağa haqqı yoxdur. Söhbət cavanlardan gedir. Bir-iki sütun var idisə, artıq onlar da çoxdan sınıb. Sınmaqda da davam edir. Çünki Azərbaycan musiqisinə, mədəniyyətinə nə qədər ki, bayağı musiqi qarışacaq, əlavələr olunacaq, o qədər də Azərbaycanın sütunları sına-sına gedəcək. O bayağı musiqilər onları sındıra-sındıra gedir. Bütün kütlə də o sütunları sındıranların arxasınca gedir. Bu gün Azərbaycan musiqisində bir-iki sütun qalıb ki, onların da gözü torpağa baxır. Yəni, demək olar ki, heç nə qalmayıb. İndi musiqinin sütunları çürük taxtadan qoyulur. O çürük taxta da heç gələcəyimizə lazım deyil. Bəlkə, kütlənin gələcəyinə lazımdır. Amma savadlı, normal, musiqini dərindən bilən insanlara lazım deyil”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər