Ru
09:30 / 18 İyun 2022

Azərbaycan həkimləri ilə bağlı film çəkildi - FOTO

2876
TƏBİB-in dəstəyi, Mədəniyyət Nazirliyinin sifarişi, “Azərbaycanfilm” kinostudiyası və İctimai televiziyanın birgə təşkilatçılığı ilə ərsəyə gələn “Görünməyən qəhrəmanlar: Ağxalatlılar” filminin təqdimatı baş tutub.


Bakupost.az xəbər verir ki, təqdimatda TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, Səhiyyə, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri, tabeli tibb müəssisələrinin rəhbərləri, tibb işçiləri və kino xadimləri iştirak edib.




Açılış nitqi ilə çıxış edən TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov ilk olaraq 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçilərini təbrik edib.


O bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın səhiyyəyə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdıqları mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.


“Ümid yeri olmaq, insanlara şəfa vermək məsuliyyətli olduğu qədər də müqəddəs işdir. Elə bu nəcib fəaliyyətlərinə görə həkimlər hər cür hörmət və ehtirama layiqdirlər. Pandemiya dövründə, 44 günlük Vətən müharibəsində göstərdiyiniz əzmkarlığa görə sizə xüsusi təşəkkür edirəm!” – deyə V.Qurbanov vurğulayıb.


Səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da çıxışlarında ilk olaraq tibb işçilərini bayram münasibəti ilə təbrik edib. Onlar son illər ərzində Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən, yeni tibbi texnologiyaların tətbiqindən və aparılan digər islahatlardan danışıblar.



Daha sonra “17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan bir qrup tibb işçisi təltif edilib.


Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilən səhiyyə işçiləri adından ölkə başçısına minnətdarlıq ünvanlanıb.


Sonda “Görünməyən qəhrəmanlar: Ağxalatlılar” filmi nümayiş olunub.





Filmin ideya müəllifi Fariz Əhmədov, rejissoru Ayşad Səfərəliyev, ssenari müəllifi Seyran Mahmudoğlu, operatoru Zeynalabdin Həsənov, montajçısı Əsgər Rəhimov, səs rejissoru Hafiz İbrahimli, redaktoru Arif Məmmədov, prodüsserləri Fariz Əhmədov və Yalçın Verdiyevdir. Film 44 günlük Vətən müharibəsində ön və arxa cəbhədə əzmlə mübarizə aparan tibb işçilərinə ithaf olunub.


Filmin qəhrəmanları real həyatda Vətən müharibəsində əsgər və hərbçilərə xidmət göstərmiş tibb personalıdır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər