Ru
10:54 / 07 İyun 2020

Azərbaycan idmanına AĞIR İTKİ

Azərbaycan idmanına   AĞIR İTKİ
Eye

Azərbaycan idmanına ağır itki üz verib.

"BakuPost" xəbər verir ki, ölkə idmanında müxtəlif vəzifələrdə işləmiş Şaiq Həmidov vəfat edib.

Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti bu gün 69 yaşında ölüb.

O, 1983-cü ildən 1995-ci ilə kimi "Spartak" Könüllü İdman Cəmiyyəti Mingəçevir Şəhər Şurasının sədri, 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləyib.

2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. Ş. Həmidov həmçinin AFFA-da hakim inspektor kimi təyinat alıb.

Allah rəhmət eləsin!

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar