Ru
16:18 / 28 Sentyabr 2026

Bakının bu ərazisindəki mənzillər bahalaşacaq - AÇIQLAMA

Bakının bu ərazisindəki mənzillər bahalaşacaq  - AÇIQLAMA
Eye

Bakının mərkəzində piyada zonaları genişləndirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, bir sıra mərkəzi küçələr avtomobillərin hərəkəti üçün bağlanır.
Belə ki, oktyabrın 5-dən Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsi, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması yalnız həftəsonları deyil, həftənin bütün günlərini əhatə edəcək.

"Bakupost" xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Ölkə.az-a açıqlamasında bu növ təcrübə nəinki şəhərin mərkəzində, şəhərin digər hissələrində də tətbiq olunmalıdır deyib.

“Qeyd olunan ərazilər piyadalaşmış küçələr siyahısına daxil edilib. İstisna hallar kimi orada yaşayan insanlar üçün müəyyən giriş-çıxış imkanları mövcud olacaq. Həmçinin obyekt sahiblərinin gecə yarısından səhər saat 10-a qədər logistika imkanları nəzərə alınacaq. Ümumi olaraq, şəhər böyüyür amma şəhərin piyadalaşmış zonalarının sayı məhduddur. Düşünürəm ki, bu növ təcrübə nəinki şəhərin mərkəzində, şəhərin digər hissələrində də tətbiq olunmalıdır”, - deyə o bildirib.

Ekspert vurğulayıb ki, Bakının Baş planına görə şəhərin monosentrik quruluşdan polisentrikə doğru keçidi nəzərdə tutulub:

“Yəni, bir mərkəzli şəhərdən çox mərkəzliyə doğru keçid əsasında bu cür addımlar insanların öz yaşadığı ərazilərdə istirahətini təmin edəcək. İndiki mərhələdə piyadalaşmış küçələrimizin sayı artır. Fəvvarələr meydanı, Xəqani bağı ərazisi və İslam Səfərli küçəsini də bu layihə çərçivəsində düşünmək olar”.

R.Ağamirzəyev düşünür ki, vahid ekosistemin qurulması üçün Neftçilər prospekti boyu eyni səviyyəli piyada zolaqları və işıqforla tənzimlənən piyada keçidləri əlavə edilməlidir. Nəticədə, bir neçə nöqtədə insanların şəhərin mərkəzindən bulvara və əksinə çıxışı təmin olunar”.

“Digər tərəfdən, piyadalaşdırılma həmin ərazilərdəki biznes obyektlərinin dövriyyəsinin böyüməsinə və orada istirahət edən insanların təhlükəsizliyinin artmasına, səs-kirliliyinin azalmasına gətirib çıxaracaq. Ümumilikdə, bu infrastruktur ərazidə həm biznesin, həm kirayə mənzillərin, həm də ümumi mənzilin qiymətinə birbaşa təsir edən məqamlardandır. Belə ki, nəqliyyat əlçatanlığının yüksək olması burada yerləşən mənzil və obyektlərin qiymətinə artım istiqamətində təsir edir”, - deyə ekspert əlavə edib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar