ABŞ məhkəməsi “Apple” şirkətinin iki patenti pozduğuna qərar verərək 5,7 milyard dollar təzminat ödəməsinə hökm edib.
“Bakupost” xəbər verir ki, məhkəmə “Apple”ın “iPhone” və “Apple Watch” kimi cihazlarda istifadə olunan “Taptic Engine” texnologiyası ilə bağlı üç patent elementini pozduğunu müəyyənləşdirib.
İddianı irəli sürən “Taction Technology” şirkəti texnologiyasının icazəsiz istifadə edildiyini bildirib.
“Apple” qərardan apellyasiya şikayəti verəcəyini və şirkətə məxsus texnologiyadan istifadə etmədiyini açıqlayıb.
Vüsalə Hüseynova,
BakuPost