Ru
10:51 / 03 Dekabr 2025

"Azərbaycan" qəzeti Heydər Əliyevlə bağlı fotonu saxtalaşdırdı

"Azərbaycan" qəzeti Heydər Əliyevlə bağlı fotonu saxtalaşdırdı
Eye

“Bu gün "Azərbaycan" qəzetinin 10000 - ci sayı çap olunub.
Həmkarlarımızı təbrik edirik. Təəssüf ki, "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu Öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib”.

Bakupost.az xəbər verir ki, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq edilib:

“Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir?

Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar