Gürcüstanda Azərbaycan vətəndaşı həbs edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tbilisi polisi 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşını qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs edib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-nin sağlamlığına zərər vuraraq hadisə yerindən gizlənib.
Yaralı tibb müəssisəsinə yerləşdirilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayəti törətdikdən az sonra təqsirləndirilən şəxs yaxalanıb.
İstintaq Cinayət Məcəlləsinin 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 19-108-ci maddəsi ilə aparılır.
Hər canlı, şüurlu vətəndaş və məsul-vəzifəli təsadüfi gözlənən, mümkün cinayətin qarşısını almağa, cinayət (dava, terror və s.) baş veribsə, cinayətkarları mütləq qaydada hüquqi cəzanın mühakiməsi məqsədi ilə daha yaxın-müvafiq hüquq-mühafizə təşkilatına, dəlilləri ilə aid məhkəməyə təqdim-təslim etməlidir. Otuz doqquz il öncə Azərbaycan dövlətinə və soydaşlarının konstitusion varlığına qarşı sülhməramlı dövlət vertolyotu da daxil, etnik kütləvi (hərbi dəstəkli) terrorun baş təşkilatçısı 39 il azad yüksəldikdən bir daha sonra belə özünü Baş Nazir postuna (sanki onun *genosid qəhrəmanlığını* heç kimsə görməmiş namizəd kimi təqdim edir?