Ru
22:04 / 23 Oktyabr 2020

“Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi məlumatı xülyadır” - RƏSMİ

6395
“Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat xülyadır”.

"BakuPost" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:

"Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

Düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib.
Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq", - deyə məlumatda qeyd olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər