Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, Avropa növbəti 5–10 il ərzində ABŞ-nin müdafiəsinə ehtiyac duyacaq. O, bu müddətdə Vaşinqtonla münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.
Franken eyni zamanda Donald Trampın İtaliyanın Baş naziri Corciya Meloni ilə bağlı açıqlamalarına da reaksiya verib. O, Trampın müttəfiq kimi əhəmiyyətini qeyd etsə də, Meloniyə qarşı ritorikanı tənqid edib: “Ona müttəfiq kimi ehtiyacımız var, amma Melonini toxunmayın. O, Avropada mərkəz-sağların kraliçasıdır”.
Xatırladaq ki, Tramp sosial mediada Meloni ilə bağlı istehzalı paylaşım edib və G7 sammitindən sonra yaranan “foto” mübahisəsini yenidən gündəmə gətirib. Tramp Meloninin onunla şəkil çəkdirmək üçün “yalvardığını” iddia etsə də, İtaliya lideri bunu qəti şəkildə təkzib edib.
Franken isə bu gərginliyi mənasız sayaraq bildirib: “Bəs nəyin üstündə dava edəcəksiniz? Bir fotoşəkil?”
Nazir əlavə edib ki, Avropa hələ ABŞ-nin hərbi gücünü əvəz edə biləcək səviyyədə deyil və bu potensialın qurulması üçün ən azı 5–10 il vaxt lazımdır. O, Avropa ölkələrini ABŞ ilə münasibətlərdə daha diplomatik olmağa çağırıb: “Bizə amerikalılar lazımdır. Nəzakətli olun, dediklərinə qulaq asın”.
Bahar Babaşova, BakuPost