2025-ci ilin noyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Bakupost.az xəbər verir ki, KTM-nin məlumatına görə, müalicə tədbirləri nəticəsində 89 pasiyentin vəziyyəti stabilləşdirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30-u sirkə turşusundan, 3-ü spirtli içkilərdən, 2-si (həlledici və yandırıcı) məhlullardan, 2 nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, 2 nəfəri anafilaktik şokdan, 7 nəfəri tüstüdən, 5 nəfəri isə dəm qazından zəhərlənib. Bütün pasiyentlər intensiv terapiya və detoksikasiyadan müalicə olunub.
3 nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə olub.