Ru
10:32 / 08 Sentyabr 2019

Azərbaycanda bankir qadın qətlə yetirildi

Azərbaycanda bankir qadın qətlə yetirildi
Eye

Göygöl rayonunda qətl hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Üçtəpə kəndində Günay adlı 30-35 yaşlı qadın yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Meyit ekspertizaya aparılıb.

Mərhumun Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi bildirilir. Onu qətlə yetirən şəxs isə həmin bankda mühafizəçi kimi işləyir.

Qadının 1 qız övladı var. O, qızı və bacısı ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.


***

Göygöldə törədilmiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qətllə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov qadının çalışdığı bankda mühafizəçi işləyib. O, hadisəni törətdikdən sonra qaçıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Məmmədovun axtarışları davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar