Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.
Bakupost.az "Report"-a istinadla xəbər verir ki,bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.
"Ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlara giriş və çıxış bağlıdır. Yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib", - deyə o vurğulayıb.