Ru
14:51 / 08 Oktyabr 2021

Azərbaycanda məmur iş otağında qətlə yetirildi - YENİLƏNİB

7810

Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Goranboy rayon prokurorluğundan Bakupost.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


***

14:32


Goranboyda qətl hadisəsi baş verib.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.


Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər