Ru
15:38 / 16 Mart 2026

Azərbaycanda film çəkilişi ilə bağlı güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı güzəşt müəyyənləşdi
Eye

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşir.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kinematoqrafiya haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları sırasına daxil edilir. Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Qanuna görə, xarici prodüser əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüserdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar