Ru
16:02 / 23 Yanvar 2023

Azərbaycanda general oğlunun ölkədən çıxışına "stop” qoyuldu

11875
Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlunun ölkədən çıxışına "stop” qoyulub.

Bakupost.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nağıyev Vüqar Ramiz oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi vergi borcu yaranıb. Borc qaytarılmadığından onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Bundan sonra Vüqar Nağıyev işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Araşdırmaya görə, Vüqar Nağıyevin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 23 min 440 manat 97 qəpik vergi borcu var.





Qeyd edək ki, general oğlunun adı 2020-ci ildə koronavirus (COVID-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrə әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında yer alır.

Xatırladaq ki, Vüqar Nağıyev həyat yoldaşından qalmaqallı şəkildə boşanması ilə KİV-lərdə məlmatlar dərc edilib.
Şərhlər
  • Azərbaycanlı

    Azərbaycanda bizneslə məşğul olmaq,yüksək vəzifələrə təyin olunmaq üçün general,İcra başçısı,nazir,Prokiror,Polis əisi,Nazirlər kabineti və Prezident aparatının vəzifəlilərinin evladı,qohumu,ən sonda naxçıvalə və YerAz olmalısan.Ona görə ölkə bu gündədir,Bahaçılıq,işszlik,rüşvət,korrupsiya.Elə bu səbəbdən Dünya ölkələrinin Azərbaycana qarşı mənfi mövqedədirlər..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər