Ru
23:32 / 10 Sentyabr 2025

Azərbaycanda məşhur geyim mağazaları şəbəkəsi BAĞLANIR?

Azərbaycanda məşhur geyim mağazaları şəbəkəsi BAĞLANIR?
Eye

Türkiyənin məşhur geyim markası "DeFacto"nun Azərbaycandakı mağazalarının bağlandığı iddia edilir.

Bakupost.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün mağazanın Bakıda fəaliyyət göstərən filiallarına baş çəkib.

Filiallarda işçilər eyni sözü deyiblər:

"Bizə də bağlanacağı deyilib. Amma hələ ki, konkret bir söz deyilmir. Mağazanın başqa şirkətə veriləcəyi gözlənilir".

Müşahidə zamanı da mağazada satış üçün çox az sayda geyim dəsti qaldığı diqqətdən qaçmayıb. Bir çox vitrinlər isə artıq tamamilə boşaldılıb.

Qeyd edək ki, artıq şəbəkənin bir neçə filialının boşaldılaraq, məhsullarının "Outlet" mağazasında satışa çıxarıldığı iddia edilir.

Məlumat üçün bildirək ki, mövzu ilə bağlı ilk xəbəri "Qaynarinfo" yayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar