Ru
19:48 / 05 Mart 2021

Azərbaycanda şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı - VİDEO

Azərbaycanda şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı -   VİDEO
Eye

Gəncədə Şəhidlər xiyabanında dəfn olunmuş şəhidlərimizin qəbirləri üzərindən gül çələngləri və bayraqlar sökülərək məişət tullantıları qutularına atılıb.

Şəhid anası Rasimə Arazova bildirir ki, qəbirstanlığa gələndə məzarın üzərində gül və bayrağın olmadığını görüb:

“Hər şey zibil qutusunda idi. Burda yatanların hamısı bizə görə vuruşub”.

Məsələ barəsində Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov Baku TV-yə bildirib ki, şəhidlərin məzarları üstündəki əklillərin yığışdırılmasının səbəbi onları yenisi ilə əvəzləməkdir:

“Məqsəd məzarların üstünü yeni güllərlə bəzəməkdir. Çünki Novruz Bayramı ilə bağlı Şəhidlər xiyabanına ziyarətə gələnlər olacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar