“BMW” hidrogen yanacaq elementli “iX5 Hydrogen” modelini real yol şəraitində sınaqdan keçirməyə başlayıb.
“Bakupost” xəbər verir ki, avtomobilin bir hidrogen çəni ilə 750 kilometrə qədər məsafə qət etməsi və 5 dəqiqədən az müddətdə yanacaq doldurması planlaşdırılır. Modelin 0-dan 100 km/saatadək sürətlənməsinin 5 saniyədən az olacağı gözlənilir.
Avtomobildə “Toyota” ilə birgə hazırlanan üçüncü nəsil yanacaq elementi sistemi istifadə olunur. “BMW” artıq sistemin sənaye istehsalına hazırlıq işlərinə başlayıb.
“BMW iX5 Hydrogen”in 2028-ci ildə bazara çıxarılması planlaşdırılır.
Vüsalə Hüseynova,
BakuPost