Ru
12:46 / 06 Mart 2017

Azərbaycanda tələbələr ən çox hansı universitetlərə “perevod” olunmaq istəyir?

Azərbaycanda tələbələr ən çox hansı universitetlərə “perevod” olunmaq istəyir?
Eye

Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün
transfer.edu.az elektron portalına müraciət edib.


Təhsil Nazirliyindən BakiPost.az-a verilən məlumata
görə, onlardan 307-si yerli, 122 tələbə isə xarici ali təhsil müəssisələrindən
köçürülmək üçün sorğularını təsdiq ediblər. 307 tələbədən 230-u, 122 tələbədən
isə 3-ü seçdikləri ali təhsil müəssisələrinə köçürülüb.


Nazirlikdən bildirilib ki, köçürülmək üçün ən çox müraciət
olunan universitetlər Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti, Bakı Dövlət Universiteti, Kooperasiya Universiteti, Azərbaycan
Dillər Universitetidir.


Köçürülmək istəyənlərin əksəriyyəti Azərbaycan
Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Sumqayıt Dövlət Universiteti, Xəzər və Lənkəran Dövlət Universitetinin tələbələridir.


Sevinc Yasinqızı

Bakı Post


Şərhlər
  • Taleh Heydarov

    Türkiyede Tehsil alıram Azerbaycan universtetlerine nece perevod eleye bilerem?

  • eflatun huseynov qabil oglu

    xaricden Azerbaycana perovod nece ala bilerem

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar