Ru
23:04 / 01 Avqust 2025

Bakı tezliklə İbrahim sazişlərinə qoşula bilər - "Röyters"

Bakı tezliklə İbrahim sazişlərinə qoşula bilər - "Röyters"
Eye

Donald Tramp Azərbaycanı və Mərkəzi Asiya dövlətlərini “Abraham razılaşması”na cəlb etmək niyyətindədir.

Bakupost.az xəbər verir ki, bununla bağlı “Röyters“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyası İsraillə mövcud əlaqələrini dərinləşdirməyə ümid edərək, Azərbaycanın və bəzi Mərkəzi Asiyadakı müttəfiqlərinin “Abraham razılaşması”na daxil edilməsi imkanlarını Azərbaycanla fəal şəkildə müzakirə edir.

Administrasiya rəsmiləri razılaşmaların bir neçə potensial iştirakçısının adını açıqlasa da, Azərbaycanla bağlı danışıqlar ən strukturlaşdırılmış və ciddi danışıqlardan biridir.

İki mənbə deyir ki, razılaşma aylar, hətta həftələr ərzində əldə edilə bilər.

Qeyd edək ki, “Abraham razılaşması” 2020–2021-ci illərdə İsrail dövləti və bir sıra ərəb dövlətləri arasında, münasibətlərin normallaşdırılması üçün imzalanmış müqavilələrdir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar