Baş Şirvan kollektorunda iki nəfər boğulub.
Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.