Ru
22:04 / 01 Avqust 2025

Qəzzadakı vəziyyət “əsrin ən qəddar soyqırımı”dır - Ərdoğan

Qəzzadakı vəziyyət “əsrin ən qəddar soyqırımı”dır - Ərdoğan
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağındakı vəziyyəti “əsrin ən qəddar soyqırımı” kimi qiymətləndirib.

Bakupost.az xəbər verir ki, bu barədə ölkə başçısı İstanbulda Türkiyə Gənclər Fondunun yay məktəbinin iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib: “Əsrin ən amansız soyqırımı Qəzzada baş verir. Təkcə uşaqlar və körpələr deyil, insanlıq simvolu olan hər şey bir ovuc cinayətkarın əli ilə məhv edilir. Türkiyə Qərbin təzyiqlərinə baxmayaraq, HƏMAS hərəkatına, eləcə də bütövlükdə Fələstin anklavının sakinlərinə dəstəyindən əl çəkməyib. Qəzzadakı qardaşlarımız bu torpaqlarda azad və əbədi yaşayacaqlar”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar