Ru
22:13 / 01 Avqust 2025

Yolu bağlayanlar “Salyan Aqro Park”ın işçiləri imiş: Maaş verilmir

Yolu bağlayanlar “Salyan Aqro Park”ın işçiləri imiş: Maaş verilmir
Eye

İyulun 30-da bir qrup şəxs Salyanda magistral yolu bağlayaraq etirazlarını bildirmişdilər.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, yolu bağlayan şəxslər Salyan Aqro Park Pambıq Emal Zavodunda çalışan qadınlar olub.

Onlar uzun müddətdir əmək haqlarını ala bilmədiklərinə etiraz ediblər. İşçilər iki aydır pambıq sahələrində çalışsalar da maaş ala bilməyiblər. Onlar dəfələrlə rəhbərliyə müraciət etsə də problemlərini həll edən olmayıb.

İşçilər də etiraz əlaməti olaraq yolu bağlayaraq rəsmi qurumların diqqətini bu problemə çəkməyə çalışıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar