Ru
12:41 / 26 Avqust 2021

Azərbaycanın intibah sinerjisinin sahibi

10380
Yəhya Babanlı

Bəllidir ki, Sinerji bir iş və ya müəyyən bir çox mürəkkəb tapşırığı yerinə yetirmək və sonunda uğur qazanmaq üçün bir çalışmadır, daha doğrusu, birgə səydir. Sinerji, bütövlüyün hissələrin cəmindən daha böyük olduğu andır, buna görə ayrı fəaliyyət göstərdiyindən daha sanballı bir performans və ya daha çox effektivlik var. Hər hansısa sistem əsasən bir və ya daha çox məqsədə çatmaq üçün bir-biri ilə əlaqəli bir sıra elementlərdən ibarətdir.


Məhz Mehriban Arif qızı Əliyevanın həyat fəaliyyətinin cismi və ruhu, məzmunu və mənası bu məcmuə ilə eyniyyət təşkil edir. O, buna görə də ictimai həyatda və dövləti fəaliyyətdə daha çox fərdi iş üslubuna üstünlük verildiyi bir vaxtda və yerdə milli maraqlar baxımından həyati vacib əhəmiyyətli üslub - sinerji formalaşdıra bildi. Azərbaycanın intibahının sinerjisini yaratdı, bu ada sahibləndi. Unikal metod ortaya qoydu. Cəmiyyətə "Birlikdə işləmək" prinsipini görk etdi və bunu kulta çevirdi.

Mehriban Əliyeva Azərbaycan qadınına baxışı fundamental şəkildə dəyişdirməklə müasirləşdirə və ali məqama yüksəldə bildi. Bu çahanşümül obraz onun dərin bilik və bacarığı, arzu və istəyi, cəsarət və prinsipiallığı sayəsində mümkün oldu.
Mübaliğəsiz demək olar ki, O, İlham Əliyevlə yanaşı, Heydər Əliyev məktəbinin ən sanballı və görkəmli yetirməsidir.
Əsil-nəcabəti, sağlam genetik kodların daşıyıcısı olan Sinerji Sahibi öz zəkası, intellektual konfiqurasiyası, mükəmməl parametrləri, tərzi, üslübu, missiyası ilə millilikdən bəşəriliyə doğru gedən yeni parlaq bir yol açmağı bacardı.



Əvvəl Azərbaycan qadınına xas ən ali keyfiyyətlərə malik olan bu “Mələksima”, zəriflik, kübarlıq mücəssəməsi, filantrop və messenat, indi öz polad iradəsi, dözümü və dövlət idarəetmə məharəti ilə bütöv bir cəmiyyət üçün nümunəyə çevrildi.
Onun həyat düsturu müfəssəldir. Bunu həm kiçik ailə (şəxsi) çərçivəsində, həm də böyük ailə (dövlət) tablosuna baxdıqda aydın şəkildə görmək mümkündür. Valideyinlərinə layiqli övlad, övladlarına layiqli valideyn, qaynata və qaynanaya münasibətdə ləyaqətli, həyat yoldaşına sədaqətli xatundur. Bütün səmavi kitablardan bəllidir ki, qadın yaradılışdır, müqəddəs varlıqdır, ən əsası anadır.
Ən nəhayət, O xalqa və dövlətə xidmət yolu seçən, sanballı ictimai xadim, öz peşəkar və səmərəli fəaliyyəti, təkrarolunmaz və əvəzedilməz iş üslubu ilə seçilən şəxsiyyətdir. Heç şübhəsiz ki, O, fövqəlbəşər bir obrazdır, Azərbaycanın parlaq zəkası və dühası sırasında yer alan öncüllərdəndir.
Bununla, O, şüurlarda inqilab edə bildi.

O, dövlət-xalq münasibətlətərinin inkişafına ümid verdi, hakimiyyət və cəmiyyət arasında inam yaratdı.
Bu xüsusda, əməkdaşlığı dizayn edərək məmnuniyyətə söykənən “dekorasiya” qurdu. O, Azərbaycan insanının brendini yenilədi, ölkənin görkəmini müasirləşdirdi. Milli təhlükəsizlik üçün ən təhlükəli məqam olan “dövlətə qarşı müxalif” olmaq sterotini qırdı. O, dolğun və zəngin fəlsəfəsi ilə cəmiyyətin düşüncə və görünüşünü yenilədi. Günəş kimi qaranlığa işıq sancdı, soyuq qəlbləri isitdi - xoşniyyətə və xoşmərama vəsilə oldu. Kin-küdurəti məhv edən sevgi-şəfqəti böyütdü.

Məsələn, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin ailəsinə göstərdiyi diqqət-qayğı “milli harmoniya - inkişaf üçün açılım” oldu.
Onun Vətən müharibəsi dövrü nikbinliyi, nümayiş etdirdiyi təmkinlik qazanılmış zəfərimiz üçün ilham verici oldu.
Bu ərəfədə - həssas vaxtda bütün təbəqələr və ən əsası, dünya azərbaycanlılarına fokuslanan dərin məntiqli - geniş əhatəli müraciətləri birlik və həmrəyliyimizə stimul verdi. Hərbiçilərimizə ruh yüksəkliyi - əsgər Analarımıza təsəlli verdi.
Onun adı kimi sanı var. Amalı pak, nəciblik, şəfqət mərhəmət, humanism və aliməqsədli müdrik insan, ziyalı vətəndaş. mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış kamil şəxsiyyətdir.

Bir sözlə, O, Allah Təalanın Azərbaycan xalqına lütfü və bəxşidir.
O, Azərbaycan xalqına münasibətdə adı kimi, səlist və səmimidir, adı və imzası kimi MEHRİBANDIR. O, Azərbaycan mədəniyyətinin hamisi, Ümummilli lider Heydər Əliyev irsinin mühafizəçisi, mərhəmət və xeyirxahlıq simvolu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti BiZİM MEHRİBAN ƏLİYEVADIR.

Ulu Tanrıdan yeni yaşınızın mübarək olması diləyilə...



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər