Ru
09:25 / 23 Yanvar 2021

Azərbaycanın valyuta ehtiyatları artıb

1472
Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.

Bunun 87,2 %-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 153,7 milyon ABŞ dolları və yaxud 0,3 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 275,7 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatlarında isə 122 milyon ABŞ dolları və yaxud 1,9 % azalma olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 352,4 milyon ABŞ dolları və yaxud 0,7 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 241 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatları isə 111,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər