Ru
12:53 / 01 Sentyabr 2026

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
Eye

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, “Berkaber” qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq.

"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış işləri saat 13:00-dan 18:00-dək həyata keçiriləcək. Bu müddətdə kənddən təxminən 1 kilometr şərqdə 10 partlayışın həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Bibiş kəndi Ermənistanın Tavuş vilayətində, Azərbaycanla sərhədə yaxın ərazidə yerləşir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar