Ru
23:39 / 31 Avqust 2026

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır
Eye

Oktyabrın 13-də dövlət qurumlarına məxsus 16 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

"Bakupost" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 oktyabr 2026-cı il tarixində, saat 10:00-da dövlət müəssisə və təşkilatlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə növbəti hərrac keçiriləcək.

Hərraca ümumilikdə 16 avtomobil və xüsusi texnika çıxarılır. Nəqliyyat vasitələrinin start qiymətləri 500 manatla 20 000 manat arasında dəyişir. Satışa çıxarılan ən baha nəqliyyat vasitəsi Şuşa Rayon İcra Hakimiyyətinə məxsus 2008-ci il buraxılışlı “Mercedes Benz Sprinter 315C” avtobusudur (start qiyməti 20 000 manat). Ən aşağı start qiyməti olan nəqliyyat vasitəsi isə Ədliyyə Nazirliyinin balansındakı 2004-cü il istehsalı olan “URAL IMZ-8.4013” yük motosikletidir (start qiyməti 500 manat).

Hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı və satış şərtləri aşağıdakı kimidir:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə:

2004-cü il buraxılışlı, 10A864 dövlət nömrə nişanlı URAL İMZ-8.4013 markalı yük motosikli. Start qiyməti 500 manat, 10% beh məbləği 50 manat təşkil edir. Əlaqəli şəxs: Əliyev Hüsü (0502331192).

2009-cu il buraxılışlı, 10AO528 dövlət nömrə nişanlı PAZ 32054 markalı avtobus. Start qiyməti 6 000 manat, 10% beh məbləği 600 manat təşkil edir. Əlaqəli şəxs: Əliyev Hüsü (0502331192).

2012-ci il buraxılışlı, 10AO260 dövlət nömrə nişanlı FIAT DUCATO xüsusi təyinatlı avtomobil. Start qiyməti 5 000 manat, 10% beh məbləği 500 manat təşkil edir. Əlaqəli şəxs: Əliyev Hüsü (0502331192).

2012-ci il buraxılışlı, 10AO236 dövlət nömrə nişanlı FIAT xüsusi təyinatlı avtomobil. Start qiyməti 5 000 manat, 10% beh məbləği 500 manat təşkil edir. Əlaqəli şəxs: Əliyev Hüsü (0502331192).

“Azəridmanservis” MMC (Gənclər və İdman Nazirliyinin tabeliyində) üzrə:

2006-cı il buraxılışlı, 90AE695 dövlət nömrə nişanlı HYUNDAI SONATA minik avtomobili. Start qiyməti 5 000 manat, 10% beh məbləği 500 manat təşkil edir. Əlaqəli şəxs: Süleymanov Seymur (0512307781).

Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

2008-ci il buraxılışlı, 10AO906 dövlət nömrə nişanlı HYUNDAI H-1 mikroavtobusu. Start qiyməti 7 500 manat, 10% beh məbləği 750 manat təşkil edir. Əlaqəli şəxs: Hüseynov Samir (0503102242).

Şuşa Rayon İcra Hakimiyyəti üzrə:

2008-ci il buraxılışlı, 77JY323 dövlət nömrə nişanlı MERCEDES BENZ SPRINTER 315C avtobusu. Start qiyməti 20 000 manat, 10% beh məbləği 2 000 manat təşkil edir. Əlaqəli şəxs: Hüseynov İlqar (0512154601).

2006-cı il buraxılışlı, 58AA100 dövlət nömrə nişanlı BMW-730 LI minik avtomobili (istismardan kənar). Start qiyməti 5 000 manat, 10% beh məbləği 500 manat təşkil edir. Əlaqəli şəxs: Hüseynov İlqar (0512154601).

2007-ci il buraxılışlı, 10PK926 dövlət nömrə nişanlı HYUNDAI TG minik avtomobili. Start qiyməti 6 000 manat, 10% beh məbləği 600 manat təşkil edir. Əlaqəli şəxs: Hüseynov İlqar (0512154601).

1998-ci il buraxılışlı, 58AC122 dövlət nömrə nişanlı MERCEDES BENZ E240 minik avtomobili. Start qiyməti 4 000 manat, 10% beh məbləği 400 manat təşkil edir. Əlaqəli şəxs: Hüseynov İlqar (0512154601).

2006-cı il buraxılışlı, 58AA008 dövlət nömrə nişanlı HYUNDAI SONATA minik avtomobili (istismardan kənar). Start qiyməti 5 000 manat, 10% beh məbləği 500 manat təşkil edir. Əlaqəli şəxs: Hüseynov İlqar (0512154601).

2013-cü il buraxılışlı, 58AA004 dövlət nömrə nişanlı TOYOTA COROLLA minik avtomobili (istismardan kənar). Start qiyməti 15 000 manat, 10% beh məbləği 1 500 manat təşkil edir. Əlaqəli şəxs: Hüseynov İlqar (0512154601).

“Azərbaycan Nəşriyyatı” MMC (Prezidentin İşlər İdarəsinin tabeliyində) üzrə:

2004-cü il buraxılışlı, 10AR565 dövlət nömrə nişanlı QAZ 31105 minik avtomobili. Start qiyməti 1 000 manat, 10% beh məbləği 100 manat təşkil edir. Əlaqəli şəxs: Cəfərov Məhəmməd (0708001308).

Neftçala Rayon İcra Hakimiyyəti üzrə:

2005-ci il buraxılışlı, 47AA012 dövlət nömrə nişanlı NISSAN MAXIMA minik avtomobili. Start qiyməti 3 000 manat, 10% beh məbləği 300 manat təşkil edir. Əlaqəli şəxs: Mehtiyev Emin (0505930359).

2010-cu il buraxılışlı, 47AA010 dövlət nömrə nişanlı CHEVROLET NIVA-212300 minik avtomobili (istismardan kənar). Start qiyməti 4 000 manat, 10% beh məbləği 400 manat təşkil edir. Əlaqəli şəxs: Mehtiyev Emin (0505930359).

2007-ci il buraxılışlı, 47AA094 dövlət nömrə nişanlı QAZ-31105-801 minik avtomobili. Start qiyməti 1 500 manat, 10% beh məbləği 150 manat təşkil edir. Əlaqəli şəxs: Mehtiyev Emin (0505930359).

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar