Ru
23:33 / 27 Yanvar 2021

Azərbaycanlı deputatdan erməniyə irad: “Şuşi yox, Şuşa”

Azərbaycanlı deputatdan erməniyə irad: “Şuşi yox, Şuşa”
Eye

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.

"BakuPost" bildirir ki, bu barədə "Report" məlumat yayıb.

K.Cəfərov bildirib:

"Azərbaycan şəhərinin adı Şuşi yox, Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır".

Azərbaycanlı deputat erməni deputatı müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:

"Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar